Əhliman Əmiraslanova 65 saylı seçki dairəsinin seçicilərindən ismarıc: " O bizə söz verib bu qədər camaatı aldadan adamdan bizə deputat çıxmaz?
18-09-2015, 16:15
Redaksiyamıza müraciət edən Kürdəmir rayonunun Sığırlı kəndinin sakinləri təkrarən namizədliyi hakim Yeni Azərbaycan Partiyasından 65 saylı Saatlı-Kürdəmir-Sabirabad seçki dairəsindən irəli sürülmüş, sözügedən seçki dairəsinin hazırki deputatı - Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovdan şikayətçidirlər.
Narazı olan Sığırlı sakinləri DİA.AZ-a bildirirlər ki, onlar təkrar olaraq Əhliman Əmiraslanovun adını YAP-ın namizədlər siyahısında görəndə narahat olublar:
"Çünki biz inanmırdıq ki, ulu öndərin qurduğu partiya yenə də Əhliman Əmiraslanovun namizədliyini rəli sürər. Biz bu xəbərdən narahatıq və bunu YAP rəhbərliyinin də bilməsini istəyirik".
Son 5 ildə Əhliman Əmiraslanovun onlara tərəf baxmadığını, kəndlərinin ən primitiv problemlərinə belə diqqət ayırmadığını deyən Sığırlı sakinləri illər əvvəli - Əhliman Əmiraslanovun 5 il əvvəl kəndlərinə gəlişini də xatırlayırlar.
DİA.AZ-a deyilənlər: "Əhliman Əmiraslanova dedik ki, kəndimizin - 8-10 min əhlisi olan Sığırlı kəndinin xəstəxanası bağlanıb və əvəzində tibb məntəqəsi fəaliyyət göstərir. Biz isə xəstəxananın yenidən fəıaliyyətə başlamasına nail olması üçün Əhliman müəllimdən kömək istədik.
O isə bizə bildirdi ki, həmin xəstəxananın bərpası üçün bir kişi kimi əlindən gələni edəcək".
Sakinlərin sözlərinə görə, qonşu Karrar kəndində 3 min əhali olsa da, oranın xəstəxanası var. Amma Sığırlının 3 dəfə böyük olmasına baxmayaraq, kənddə xəstəxana yoxdur və buna görə Sığırlı sakinləri xeyli əziyyət çəkirlər.
Daha sonra sakinlər dia.az-a bildirirlər: "Bizi maraqlandıran odur ki, bir dəfə də seçiciləri ilə maraqlanmayan Əhliman Əmiraslanov YAP üçün nədən bu qədər maraqlıdır?"
Qarşı tərəfi də dinləməyə hazırıq...