Rusiya ABŞ-ın raket razılaşmasından çıxmasına cavab verəcək

25-10-2018, 07:52           
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğv edilməsinə dair razılaşmadan çıxmasına tez və səmərəli cavab verəcək.
Rusiya ABŞ-ın raket razılaşmasından çıxmasına cavab verəcək
“Report” xəbər verir ki, o bunu İtaliyanın baş naziri Cüzeppe Konte ilə keçirdiyi mətbuat konfransında deyib.

"Bacararıqmı?" sualınıza birbaşa cavab verərək demək istəyirəm ki, bacararıq və bu çox tez və səmərəli olacaq", - deyə o bildirib.

Konte öz növbəsində bildirib ki, İtaliya ABŞ-ın raket razılaşmasından çıxmaq barədə bəyanatları fonunda "təlaş içindədir", çünki söhbət orta və yaxın mənzilli raketlərdən gedir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Moskvanı sözügedən razılaşmanı pozmaqda ittiham edərək müqavilədən çıxacağını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru