Devid Kramer: “Azərbaycanın ABŞ-a daha çox ehtiyacı var, nəinki bizim Azərbaycana…”

9-10-2015, 23:03           
Devid Kramer: “Azərbaycanın ABŞ-a daha çox ehtiyacı var, nəinki bizim Azərbaycana…”
Devid Kramer: “Azərbaycanın ABŞ-a daha çox ehtiyacı var, nəinki bizim Azərbaycana…”

2010-cu ilin əvvəllərindən etibarən rəsmi Bakının Azərbaycan hökumətinin dost hesab etdiyi ölkələrə qarşı mövqeyi kəskin şəkildə dəyişib. Həmin andan etibarən rəsmi dövlət təbliğatı Qərbə qarşı mənfi və Rusiyaya qarşı müsbət münasibət formalaşdırmağa başlayıb.
Bu barədə “Turan” agentliyinə müsahibəsində ABŞ dövlət katibinin keçmiş köməkçisi, Freedom House-un keçmiş rəhbəri, hazırda isə ABŞ Beynəlxalq Makkeyn İnstitutunun insan hüquqları və demokratiya üzrə direktoru Devid Kramer bildirib.
“Turan”ın Vaşinqton müxbiri ilə söhbətində Kramer həmçinin geosiyasət, Azərbaycanın yeri və ölkədə hüquq və azadlıqlar sahəsində vəziyyət məsələlərinə taxılıb.
Azərbaycan və Qərb arasında nə baş verir və bu, regionun və Azərbaycanın özünün təhlükəsizlik məsələlərinə necə təsir edir?
Bu suala cavabda Kramer qeyd edib ki, Bakıda hökumət Ukraynadakı hadisələri görüb və qorxub. Buna görə hakimiyyət öz ölkəsində bu ssenariyə yol verməmək üçün repressiyalar həyata keçirməyə hazırdır.
Görünür, hakimiyyət hesab edir ki, bu cür siyasət yolveriləndir: vətəndaş cəmiyyətini dağıtmaq, jurnalistləri və fəalları həbs etmək olar və buna görə heç nə olmayacaq.
Düşünürəm ki, prezident Əliyev və onun əhatəsi onlara Avroatlantik birliyin bir hissəsi kimi baxılmadığı üçün inciyiblər və davranışlarını dəyişmək üçün heç bir stimul görmürlər. Amma zənnimcə, prezident Əliyev regionunda baş verənlərdən və ilk növbədə Ermənistan və Azərbaycan arasında gərginlikdən çox narahatdır.
“Mən deyərdim ki, Azərbaycanın hələ də ABŞ-a, Avropaya ehtiyacı var. Əlbəttə, Bakı Moskva ilə münasibətlərini davam etdirir, amma Azərbaycanın daxilində vəziyyətin pisləşməsi davam edir və gec və ya tez Qərb cəzalandırmağa və cərimələməyə başlayacaq. Buna görə mən repressiyalara son qoyulması üçün məqsədyönlü sanksiyalar tətbiq edilməsinə üstünlük verirəm”, – deyə Kramer bildirib.
Belarusla müqayisə aparan Kramer qeyd edib ki, Azərbaycanda vəziyyət siyasi məhbusların azad edildiyi Belarusdan daha pisdir.
“Belarusu Avropada sonuncu diktatura adlandırırdılar, amma indi bu adı asanlıqla Azərbaycana şamil etmək olar”, Kramer belə hesab edir.
Son vaxtlar həyata keçirilən repressiyalar əvvəlkindən daha sərt xarakter daşıyır və onlar Qərb təşkilatlarına qarşı həyata keçirilir, “Azadlıq” radiosu və onun jurnalistləri kimi…
“Belə olan halda çox şey Qərbdən asılıdır. Qərb möhkəm mövqe tutarsa və “bəsdir” deyərsə, Azərbaycanda baş verənlərə qarşı mübarizə siyasəti işləyib hazırlamalıdır, amma hələlik mən bunu görmürəm”, deyə o bildirib. Eyni zamanda, Kramer qeyd edib ki, Konqresdə daha çox tənqidi əhval-ruhiyyədə olan və Azərbaycanda baş verənlərdən daha çox narahat olanların sayı getdikcə artır. Son bir neçə ayda Konqresdən prezident Əliyevə, Obama administrasiyasına ciddi narahatlıq ifadə edən məktubların sayı bunun sübutudur. Bu, Rusiya üzrə “Maqnitski qanunu”nun qəbul edildiyi 2010-cu ili xatırladır. Məhz Belarusa qarşı sanksiyalar tətbiq edildikdən sonra siyasi məhbusların azad edilməsinə nail olmaq mümkün olub”, – deyə Kramer qeyd edib.
Rəsmi Bakının sanksiyalardan qorxmadığı və heç kimi hökumətə təzyiq göstərə bilməyəcəyi haqqında bəyanatlarını şərh edən Kramer deyib: “Mənim və başqalarının təklif etdiyi sanksiyalar məqsədyönlü və mərhələli olacaq və hakimlərə və prokurorlara, siyasi məhbusların təqibində iştirak edən digər şəxslərə qarşı yönələcək. Zərurət olarsa, sanksiyalar hökumətdə yüksək səviyyəyə də şamil ediləcək və gücləndiriləcək. Zənnimcə, Azərbaycanda kimlərsə narahat olacaq”.
Hələlik sanksiya yoxdur, niyə İlham Əliyev Vaşinqtona dəvət edilmir. Bunu müvafiq münasibətin təzahürü hesab etmək olarmı? Bu suala Kramer təsdiqedici cavab verib:
“Düşünürəm ki, Ağ Evdə prezident Obamanın kabinetində prezident İlham Əliyevi qəbul etməyə hazır olsaydılar, o, Vaşinqtona gəlmək istəyərdi”.
Azərbaycanın ABŞ-a daha çox ehtiyacı var, nəinki ABŞ-ın Azərbaycana… Bakı Konqres üzvlərinin Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi haqqında düşünməyə başlamasından narahat olmalıdır. Əliyev vəziyyəti dəyişdirməli və ya vəziyyətin pisləşməsinə görə məsuliyyəti üzərinə götürməlidir. Lakin bunun yerinə onun administrasiyasının rəhbərliyi ötən ilin dekabrında Qərb və ABŞ tərəfindən təhdidlər haqqında 60 səhifəlik “manifest” dərc edir.
“O, bizi yaxşı tanıyır, ingilis dilində yaxşı danışır və oxuyur. O, baş verənləri və Qərbin siyasətinin, onun ölkəsindəki vəziyyətə reaksiyasının necə olduğunu özü izləyə bilər. O, ya ətrafındakı bəzi qüvvələri cilovlamaq iqtidarında deyil, ya da onlarla razılaşır”, deyə Kramer bildirib.
Əliyev deyir ki, Qərbdə və Avropada dəyərlər yoxdur, onlar pozulur və Azərbaycanın öz dəyərləri var…
“Düşünürəm ki, son repressiyaların izahını Ukraynadakı hadisələrdə axtarmaq lazımdır. Maydan hadisələri, əhalinin etirazları, Yanukoviçin qaçışı – bunlar çevriliş deyil. Bütün bunlar Əliyevi və onun əhatəsindəkiləri, eləcə də Putini qorxudub. Putin baş verənlərə Ukraynaya hücum tməklə cavab verməyi qərara alıb, Əliyev tənqidçilərinə, o cümlədən jurnalistlərə qarşı repressiyalara başlamaqla cavab verib”, – deyə Kramer bildirib.
Azərbaycanda rəsmi təbliğat belə bir təəssürat yaradır ki, Putin Azərbaycanı dəstəkləməyə və hətta işğal edilmiş ərazilərin bir hissəsini qaytarmağa hazırdır. Bu realdır?
Bu suala cavabda Kramer deyib ki, Azərbaycanda buna etibar edirlərsə və inanırlarsa ölkə daha böyük fəlakətə düçar olacaq.
“Rusiyanın Ermənistanla uzunmüddətli münasibətləri var, o, təhlükəsizlik sahəsində Rusiyadan çox asılıdır. Buna görə Putin Ermənistanı atıb, Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edə bilməz, çünki onda Ermənistanı itirməklə risk edər”, – deyə Kramer sözünə davam edib.
“Ermənistan Rusiya tərəfindən böyük təzyiq altında Avrasiya İqtisadi İttifaqına daxil olmağa razılaşmış ölkələrdən biridir.
Putin, məncə, Ermənistan və Azərbaycanla yaxşı münasibətlərə malik olaraq, Rusiyanın maraqlarını tarazlaşdırmağa və hər ikisini nəzarət etmək iqtidarında olmağa və Qərbin Azərbaycana qapısını bağlamağa çalışır. Sual ondadır ki, Əliyev Rusiya və İranı qoyub Qərb qapısından içəri girəcəkmi?
Azərbaycanın çətin qonşuları var və Rusiya və İranla birgə mövcud olmalıdır və bunu dəyişə bilməz. Amma Qərblə yaxşı münasibətlərə malik olmaq istəyib-istəməməsi Azərbaycanın özündən asılıdır, amma deyəsən, Əliyev Qərblə yaxşı münasibətləri olmaması seçimi edir”, – deyə Devid Kramer fikrini tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.