Ruslar internetdə Bəşər Əsəd üçün könüllü döyüşçülər yığır

11-10-2015, 20:43           
Ruslar internetdə Bəşər Əsəd üçün könüllü döyüşçülər yığır
Hazırda Ukraynanın şərqində sakitlikdir. Donbasda seperatçıların tərəfində vuruşmaq üçün könüllülər yığan online qruplar, indi onları Moskvanın Suriyada açdığı cəbhəyə göndərə bilər. Hərçənd, Kreml Suriyada döyüşmək üçün könüllülərə çağırış etmədiyini deyir. Sorğular göstərir ki, rusların əksəriyyəti Suriyaya quru qoşunları göndərilməsinin əleyhinədir.

Amma rusiyapərəts online qruplar hələ də “VKontakte” sosial şəbəkəsində Suriyaya getmək üçün könüllülər axtarırlar. “Dobrovolec.org” qrupunda sentybardan Suriyaya döyüşə getmək üçün könüllülər yığılır.

2014-cü ildə yaradılan bu vebsaytın iddiasına görə, onlar ruslara və xarici vətəndaşlara, Donbas və Luqanskda döyüşə gedənlərə yardım edirlər. Sayt həmçinin üzvlərini “Rusiyanın Suriyada hərbi və siyasi iştirakını təmin etmək və regionda vəziyyətin stabilləşməsinə kömək edə bilən mühüm obyektlərin qorunmasında iştiraka çağırır.

“Dobrovolec.org” tərəfindən yaradılan “VK qrup”un 18 üzvü var. Onlardan yalnız 4-ü könüllü olmaq və bu barədə əlavə məlumat almaq istədiyini yazıb.

“Surqut” niki ilə yazan 32 yaşlı rusiyalı "Azadlıq" radiosuna bildirib ki, o, Suriyaya getmək üçün artıq qəbul olunub və lazımi sənədlər toplayır. O deyib ki, harda olacağını dəqiq bilmir. Surqutun sözlərinə görə, o, indiyədək artıq Donbasda rusiyapərəst qüvvələrin tərəfindən bir il döyüşüb bə iki ay əvvəl qayıdıb. Rus “patriotu” olan Surqut indi Suriyaya getmək istəyir: “Bu, geosiyasətdir. Əgər ölkəm müharibəyə girirsə, deməli, belə məsləhətdir. Biz yalnız ölkəmizin maraqlarını müdafiə edirik. Mən bunu bütün dünyada deməkdən qorxmuram,”-deyə o, məktubunda yazır.

Surgut daha sonra yazır ki, onun kimi Donbasda döyüşənlərin çoxu Suriyaya getmək istəyir: “Mənim kimi ailəsi-uşağı olmayanlar daha cəsarətlidirlər”.

Surqut deyir ki, onun Donbasdakı missiyası bitməyib və əgər hadisələr yenidən qızışsa, yəqin komandanlıq onu yenidən geri çağıracaq.

Amma qrupda qeydiyyatdan keçən 23 yaşlı birisi bildirib ki, onun yaşı çatmadığından “Dobrovolec.org” ona Suriya səfirliyinə getməyi, pasport almağı və Suriya ordusuna girməyi məsləhət görüb.

“Yandex”-in məlumatına görə, Suriyaya könüllü adı altında avqustda 200 axtarış verilibsə, sentyabrda bu rəqəm 2 400-ü ötüb.

Ukraynanın şərqindəki separatçıların keçmiş komandiri İgor Girkinits Rusiyanın “Qovarit Moskva” radiosuna müsahibəsində deyib ki, ordakı Rusiya birləşməsi Suriyanın hökumət qüvvələrindən yaradılmalıdır: “Deyə bilmərəm onlar könüllüdürlər. Kobud desək, onlar tamahkardırlar”, - deyə o, bildirib.musavat com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.