İraq Silahlı Qüvvələrinin İŞİD-ə məxsus avtokolona endirdiyi aviazərbə nəticəsində terrorçu qruplaşmanın lideri Əl-Bağdadi yaralanıb.
FaktXəbər-in məlumatın görə, bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Bombardman zamanı əl-Bağdadinin daha 3 müavini əl-Şişani, əl-Suri və əl-Karbuli öldürülüb.
Məlumata görə, əl-Şişani İŞİD daxilində təbliğat məsələlərinə məsul olub, əl-Karbuli isə qruplaşmanın ən yaxşı komandirlərindən hesab edilib.
Oktyabrın 11-də İraq hərbçiləri əl-Bağdadinin Karabla şəhərinə gedən avtokolonuna aviazərbə endirdiklərini bəyan ediblər. [media=https://www.youtube.com/watch?v=35JeIhCHBBc] Yeri gəlmişkən "Əl-Fəcr" və "Əl-İstiqlal" xəbər agentlikləri İraq Müdafiə Nazirliyinə istinadla yaydıqları xəbərdə Bağdadinin bu hücumda öldüyünüyü bildiriblər.