Suriyalı müxaliflər rus ordusunu partlatmaqla təhdid etdi

12-10-2015, 21:47           
Suriyalı müxaliflər rus ordusunu partlatmaqla təhdid etdi
Suriya müxalifəti Rusiyanın Suriyadakı silahlı qüvvələrinə içinə sızaraq hərbi obyektlərdə partlayışlar törədəcək.

Avropa.info xəbər verir ki, bu barədə Amerikanın “The Daily Beast” “Homsun azadlığı uğrunda hərəkat” təşkilatının nümayəndəsi Rəşid əl Hurani danışıb.

“İlk öncə biz şiddətli hava bombardmanına dözəcəyik, ondan sonra biz bütün gücümüzlə Rusiyanı zəiflədəcəyik. O cümlədən ruslar haqda məlumat almaq üçün Əsəd qüvvələrinin daxilinə agentlər göndərəcəyik” Azad Suriya ordusunun üzvü belə deyib.

Hurani rusların hərbi bazalarını kamikadzelər yolu ilə partlatmağı düşündüklərini bildirib. O, Rusiya bombardmanları üzündən müxalifətin çox çətin vəziyyətdə olduğunu deyib. Hama və Homs arasındakı şəhərlər Suriya ordusu tərəfindən mühasirəyə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.