Dəmiryolçular istəklərinə nail oldular: tətil olmayacaq – ALMANİYADA

22-12-2018, 08:12           
Dəmiryolçular istəklərinə nail oldular: tətil olmayacaq – ALMANİYADA
Almaniya Dəmir Yolları (DB) ilə EVG adlı həmkarlar təşkilatı maaş məsələsində razılığa gəlsə də, hələ də sular durulmayıb. AzEuroNews.com xəbər verir ki, çox ciddi maliyyə çətinliyi ilə üzləşən DB bir yandan işçilərin maaşını artırmaq yönündə ciddi addım atmaq istəyir, digər yandan da özlərinə qarşı yönəlmiş inamsızlığı aradan qaldırmaq istəyir. Alman siyasətçilərin də DB ilə bağlı fikirləri birmənalı deyil.

Həmkarlar təşkilatı olan EVG ilə iki aydır maaş məsələsi ilə bağlı görüşən DB nəhayət anlaşıb. Artıq 2019-cu ilin iyun ayından dəmiryolçuların maaşı 3,5 %, növbəti ildə isə, 2,6 % artacaq.

Federal Nəqliyyat Nazirliyində məsul şəxs olan Enak Ferlemann (CDU) DB üçün önümüzdəki 4 il içində 5 milyard avroluq bir yardım gözlədiyini söyləyib. DB-nin isə, 20 milyard avrodan çox borcu var. Ferlemann bu borcun özəlləşdirmə ilə aradan qaldırılacığının mümkünlüyünü də ifadə edib.

EVG həmkarlar təşkilatı isə, mərhələli maaş artımı ilə bağlı tətil etməyəcəklərini bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.