"Nissan" avtomobil konserni rəhbərinin həbs müddəti uzadılıb
23-12-2018, 10:52
Tokio dairə məhkəməsi "Nissan" avtomobil konserninin rəhbəri Karlos Qonun həbs müddətini uzadıb.
"Report" NHK telekanalına istinadən xəbər verir ki, o, 1 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.
Karlos Qon noyabrın 19-da maliyyə fırıldaqçılığı və gəlirlərin gizlədilməsində şübhəli bilinərək həbs edilib. Müqəssir ona ünvanlanan ittihamları rədd edir.