Almaniya 230 min qaçqını deportasiya etməlidir

24-12-2018, 08:12           
Almaniya 230 min qaçqını deportasiya etməlidir
Almaniyada 230 min qaçqın deportasiya edilməlidir. AzEuroNews.com xəbər verir ki, hazıda onlardan 178 mini barədə humanitar səbəblərlə deportasiya qərarı həyata keçirilə bilmir.

Almaniya Federal Daxili İşlər Nazirliyinin həyata keçirdiyi könüllü qayıdış proqramları isə, gözlənilən nəticəni verməyib. Nazirliyin təbliğatı qaçqınları könüllü qayıdış proqramlarından yararlanmağa yetərincə təşviq edə bilməyib.

Nazirlikdən verilən açıqlamaya görə, bu ilin son 10 ayında könüllü qayıdış proqramlarından cəmi 14 min nəfər yararlana bilib.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Almaniya 20122 qaçqını ölkədən deportasiya edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru