Braziliyada cinayətkarları küçədə güllələməyə qərar verilib

25-12-2018, 08:32           
Braziliyada cinayətkarları küçədə güllələməyə qərar verilib
Rio-de-Janeyronun polisinin xüsusi komandası küçələrdə əllərində silah olan insanlara atəş açacaqlar.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bildirib.

Məlumata görə, atıcılar cüt şəkildə işləyəcəklər. Onlardan biri avtomatik silahla hərəkət edəcək. İkinci polis əməkdaşı isə videokamerayla gəzərək, atəş açılmasının qanunauyğun olub-olmadığını müəyyənləşdirəcək.

Federal hakim Uilson Vitçelin fikrincə, silahlı cinayətkarları xəbərdarlıqsız güllələmək mümkün olacaq. Bir halda ki, insanlar silahla küçəyə çıxırlar, onlar istənilən şəxsi öldürməyə hazırdır.

Braziliya dünyada qətl cinayətlərinin yüksək səviyyədə olduğu ölkə hesab edilir. İldə 64 min belə hadisə törədilir. Bir neçə gün əvvəl ölkədəki kilsələrdən birində atışma olub. Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru