Səudiyyə Ərəbistanında böyük təşviş: “ÖDƏMƏYƏ RAZIYIQ”

25-12-2018, 19:32           
Səudiyyə Ərəbistanında böyük təşviş: “ÖDƏMƏYƏ RAZIYIQ”
ABŞ-ın Suriyadan çıxacağını eşidən Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi bin Salman ödəniş eləməyə razı olduğunu Trampa bildirib.

YPG/PKK terror təşkilatına və onun şaxəsi olan SDQ-yə yardımlar etdiyi iddia olunan bin Salman ABŞ prezidentinin qərarından qısa müddət sonra “Suriyanın yenidən inşası" üçün ödəniş eləməyə hazır olduğunu bildirib. Mətbuatda bu addım Riyad iqtidarının terror təşkilatınının tək buraxılmasını istəməməsi kimi şərh edilib.

2018-ci ilin aprel ayında D.Tramp Ağ Evdəki açıqlamasında demişdi: “Səudiyyə Ərəbistanı bizim qərarımızla çox yaxından maraqlanır və mən onlara dedim ki, əgər bizim Suriyada qalmağımızı istəyirsinizsə, bunun bahasını ödəməlisiniz.

14 dekabr tarixində Türkiyə prezideni R.T.Ərdoğanla amerikalı həmkarı Trampın telefon söhbətindən sonra ABŞ prezidenti öz hərbçilərini Suriyadan “tamamilə və sürətli şəkildə” çıxaracağını bəyan eləmişdi.

Bu qərardan qısa müddət sonra Səudiyyə Ərəbistanı “Suriyanın yenidən inşası” üçün ödəniş eləməyə razı olduğunu D.Trampa bildirdi.

Türkiyənin terrorçuları Fərat çayının şimalından qovmaq üçün əməliyyat aparmağa hazırlaşdığı bir vaxtda YPG/PKK terror təşkilatının Suriyada arxasız qalmasından təşvişə düşən Riyadın bu həmləsi Trampı qərarından döndərə bilmədi.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru