Asiya bazarları çökdü

26-12-2018, 07:58           
Asiya bazarları çökdü
ABŞ prezidenti Donald Trampın Mərkəzi Bank (FED) ilə yaşadığı fikir ayrılığı və ABŞ-da hökumətin bağlanması Asiya bazarlarına kəskin təsir edib.
Sputnik Azərbaycan bildirir ki, Yaponiyanın birja indeksi “Nikkey” təxminən 5 faiz aşağı düşüb. Bu, 2017-ci ilin aprel ayından bəri ən kəskin azalmadır. Banqkok, Tayvan birjaları da günü itki ilə bağlayıb. Çində də “Şanxay” birjası 2 faizdən çox ucuzlaşıb.

İnvestorların Donald Trampın FED ilə yaşadığı fikir ayrılığından və hökumətin bağlanmasından narahat olduqları bildirilir.

ABŞ-da da birjalarda Milad öncəsi aşağı göstəricilər qeydə alınıb.

Bu gün Asiya, Avropa və Şimali Amerikada əksər maliyyə bazarları Milad bayramı ilə əlaqədar bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru