Birinci kanslerin villası 1 avrodan satışa çıxarıldı – Fotolar

26-12-2018, 08:18           
Birinci kanslerin villası 1 avrodan satışa çıxarıldı – Fotolar
Almaniya Federativ Respublikasıın birinci kansleri Konrad Adenauer üçün tikilən villa “Ebay” elektron alış-veriş platformasında 1 avrodan satışa çıxarılıb. AzEuroNews.com xəbər verir ki, Duppax şəhərində 600 kvadrat metr yaşayış, 2000 kvadrat metr bağ sahəsinə sahib villa Almaniyanın böyük şirkətlərindən olan “AEG“ in prezidenti Fredrix Şpennart tərəfindən K. Adenauer üçün tikilməyə başlayıb. Lakin füsünkar meşənin içində inşa edilən bu hədiyyəni kansler qəbul etmədiyindən tikinti 1956-cı ildə dayandırılıb.

Konrad Adenauer
62 yaşı olan villada indiyə kimi başqa bir iş görülməyib. Villanın işığı, qazı və digər komunikasiya qovşaqları yoxdur. Qonşuluqda da heç bir ev tikilməyib.

Maraqlıdır ki, “Ebay” elektron alış-veriş platformasında 1 avrodan satışa çıxarılan villa ilə bağlı elan bir müddət sonra silinib.


“Ebay” dan verilən açıqlamaya görə, əmlak alqı-satqısını həyata keçirmirlər. Bu səbəbdən sözügedən elan operatorlar tərəfindən müəyyən edildikdən sonra dərhal silinib.

Mövzu ilə bağlı danışan eks kanslerin adını daşıyan 73 yaşlı nəvəsi bildirib ki, babasının Rhöndorfda çox gözəl bir evi var. Onun belə bir hədiyyəyə heç bir zaman ehtiyacı olmayıb.

Alman “Bild” qəzetinin məlumatına görə, bundan sonra kimsə yarımçıq tikilini alıb inşaat işlərinə başlasa orada lazımı infrastrukturu qura bilməyəcək. Səbəb villanın meşədə yerləşməsidir. Qəzet yazıb ki, villanın inşa edildiyi vaxt- 1955-ci il Almaniyasında vəziyyət başqa idi. İndi isə, bu bir qədər çətindir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru