Cənubi Osetiya Rusiya tərəfindən müstəqil ölkə kimi tanınıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Qeyd edək ki, bir müddət öncə qondarma Cənubi Osetiya Respublikasının rəhbəri Leonid Tibilov referendum keçirərək, Rusiyaya birləşmək istədiklərini bildirmişdi. O, bu fikirlərini Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla (mətbuatda Rusiyanın boz kardinalı kimi tanınır – red.) görüşü zamanı səsləndirmişdi.