Ermənistanın eks-prezidentinin gəlini Azərbaycana gəldi - FOTOLAR
21-10-2015, 15:39
Ermənistanı 2008-ci il “Eurovision” mahnı müsabiqəsində təmsil edən müğənni Siranuş Arutunyan Azərbaycanın işğal altındakə ərazisinə - Dağlıq Qarabağa səfər edib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, daha çox səhnə adı “Sirusho” kimi tanınan müğənni Azərbaycanın işğal altındakı Xankəndi və Şuşa şəhərlərində, həmçinin tarixi Şahbulaq qalasında olub və sosial şəbəkələr vasitəsilə həmin fotoları paylaşıb.
Siranuş Arutunyan Ermənistanın 2-ci prezidenti Robert Köçəryanın kiçik oğlu Levonla 2009-cu il iyunun 6-da ailə qurub. Cütlüyün 1 qızı var.