İran ilə Hollandiya arasında qalmaqal: İran iki diplomatı ölkədən çıxarır

6-03-2019, 09:15           
İran ilə Hollandiya arasında qalmaqal: İran iki diplomatı ölkədən çıxarır
İran Hollandiyanın iki diplomatını persona non-qrata elan edərək ölkədən çıxmasını tələb edib. Martın 5-də hollandiyalı diplomatlar İranı tərk ediblər.

Teref.az xəbər verir ki, fevralın 20-də İranın Hollandiyadakı səfirliyinin iki əməkdaşı casusluqda ittiham edilərək ölkədən çıxarılmışdı. İran tərəfinin tələbinə baxmayaraq, Hollandiya iranlı diplomatların casusluqla məşğul olmalarını sübut edən faktları təqdim edə bilməyib. Qarşılıqlı olaraq İran da Hollandiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb.

Bu gün Hollandiyanın Xarici İşlər Nazirliyi bəyanat verərək İranın bu addımının yolverilməz olduğunu bildirib. Bəyanatda deyilir ki, Hollandiyanın İrandakı səfiri məsləhətləşmə üçün geri çağırılıb./AZƏRTAC/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru