Suriyada 40 minə yaxın döyüşçü əfv olunub

14-03-2019, 07:04           
Suriyada 40 minə yaxın döyüşçü əfv olunub
Suriya hökuməti qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etmiş təxminən 40 min nəfəri əfv edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin Milli Barışıq Təşkilatının direktoru Yana Hadurun məruzəsində bildirilir.

"Təşkilatın səlahiyyətli orqanlarla qarşılıqlı təsiri nəticəsində Suriya dövlətinə qarşı silahdan istifadəyə cəlb olunmuş təxminən 40 min insan qanunsuz silahlı qruplaşmalarda bir daha iştirak etməyəcəklərini öhdələrinə götürdülər", - deyə o bildirib.

Haddur qeyd edib ki, silahlıların nəzarət altındakı rayonlarda olmuş altı min qadın da həmçinin Suriya hakimiyyəti ilə öz statuslarını nizama salıblar.

O, əlavə edib ki, Suriyada döyüş hərəkətlərinin gedişatında 16 min insan itkin düşüb.

Daha əvvəl Suriya ordusu İdlib əyalətində "Cəbhət-ən-Nüsrə" terrorçularının mövqelərinə raket və artilleriya zərbələri endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru