Qaşıqçı cinayətində yeni qalmaqal – Əhməd Asiri sərbəst buraxılıb (FOTO,VİDEO)
5-05-2019, 20:40

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının İstanbuldakı tükürpədici qətli ilə bağlı yenidən qalmaqal yaranıb.
Musavat.com verir ki, jurnalisti öldürən dəstəni idarə edən Əhməd Asiri sərbəst buraxılıb.
Səudiyyə Ərəbistanı Kəşfiyyat İdarəsinin keçmiş sədr müavini olan Əhməd Asirinin sərbəst buraxılması kütləvi şəkildə narazılığa səbəb olub.
Rahat hərəkətləri ilə diqqət çəkən Əhməd Asiri Şahzadə Məhəmməd bin Salmanın ən yaxın adamlarındandır. Qaşıqçı cinayəti ilə 29 apreldə keçirilən son məhkəmədə 11 nəfər mühakimə edilib. Lakin Əhməd Asirinin sərbəst buraxılması məhkəmənin bir göstəriş olduğunu üzə çıxarıb.

Qeyd edək ki, Camal Qaşıqçı 2018-ci ildə oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlib və daha sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.
Camal Kaşıkçı evliliklə bağlı məsələləri həll etmək üçün konsulluğa getmişdi. Onun orada olduğu müddət ərzində Səudiyyə Ərəbistanından 15 nəfərin 2 təyyarə ilə İstanbula gəlib binaya girdikləri və daha sonra öz ölkələrinə geri qayıtdıqları bəlli olub.
Camal Qaşıqçı Səudiyyə Ərəbistanın hakim dairələrinə qarşı müxalif mövqeyi ilə tanınır və buna görə də ABŞ-da yaşayırdı. O, Washington Post qəzetində köşə yazarı kimi çalışırdı.