Zurabişvili Azərbaycanla sərhədin delimitasiyasından yazdı

23-05-2019, 16:10           
Zurabişvili Azərbaycanla sərhədin delimitasiyasından yazdı
Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan və Azərbaycan arasında delimitasiya prosesinin bərpa edilməsi ilə bağlı fikirlərini bölüşüb.

O, sosial şəbəkədə paylaşımında bunu alqışladığını qeyd edib:

"Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin bərpa olunmasını alqışlayıram. Əminəm ki, uzunmüddətli yaxşı qonşuluq və strateji tərəfdaşlıq münasibətləri rəhbər tutularaq, proses nəticə verəcək”.

Xatırladaq ki, bu ay Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın iki iclası keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru