Pentaqondan İran planı: Ordu yeridiləcək, ancaq 10 min deyil
24-05-2019, 00:00
Pentaqon İranla gərginlik fonunda Yaxın Şərqə əlavə 10 min hərbçinin göndərilməsi planını Ağ Evə təqdim edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı “Foks Nyus” televiziyası öz mənbələrinə istinadən yayıb.
Televiziya planda "Patriot" sistemlərinin və döyüş gəmilərinin artırılmasının da yer alacağını bildirib. Hələlik planla bağlı yekun qərarın qəbul edilmədiyi, Ağ Evin isə Pentaqonun planlarını təsdiqləyib-təsdiqləməyəcəyinin bilinmədiyi vurğulanıb.
***
Yaxın Şərqdə olan ABŞ əsgərlərini qorumaq üçün bölgəyə daha artıq hərbçi göndərməyi düşünürük.
Bu açıqlama ilə ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan çıxış edib.
Şanahan daha öncə bölgəyə 10 minlik ordunun göndərilməsi barədə yayılan xəbərləri təkzib edib.