“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb

24-05-2019, 00:15           
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
2019-2020-ci illərdə neftin qiyməti 50-75 dollar səviyyəsində proqnozlaşdırır.

ONA-nın xəbərinə görə, bunu “Moody’s”in Azərbaycan üzrə illik konfransında çıxış edən təşkilatın kredit siyasəti üzrə analitiki Denis Perevezentsev deyib.

Onun sözlərinə görə, WTI markalı neftin ortamüddətli qiyməti bir barel üçün 50-70 dollar arasında, Brent markalı xam neftin qiyməti isə 55-75 dollar arasında dəyişəcək.

“Son aylarda neft qiymətləri Venesuela və Liviyadakı geosiyasi vəziyyətdən, eləcə də İrandan neft idxal etmək hüququ ilə bağlı qeyri-müəyyənlikdən irəli gələn bir sıra amillərə görə bərpa olunub. Hesab edirik ki, yaxın gələcəkdə ABŞ lisenziyaları ləğv edə və ya idxal kvotalarını əhəmiyyətli dərəcədə azalda bilər. Bu, bizə proqnozları yenidən nəzərdən keçirmək üçün təkan verə bilər”, – deyə analitik əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru