Təqaüdə çıxan Mercedes-in rəhbərinə BMW-dən maraqlı vidalaşma – VİDEO

24-05-2019, 07:27           
Təqaüdə çıxan Mercedes-in rəhbərinə BMW-dən maraqlı vidalaşma – VİDEO
Mercedes-Benz-in ana şirkəti olan Daimler-in İcraçı direktoru (CEO) Dieter Zetsche, 13 ildir icra etdiyi vəzifəsini tərk edərək, 40 ildir çalışdığı Almaniya şirkətindən təqaüdə çıxıb.

“Marja” xəbər verir ki, vəzifəsini Ola Källenius-a təhvil verən Zetsche, şirkətin səhmdar yığıncağının ardından işçilər ilə vidalaşaraq Mercedes dəftərini hələlik bağlayıb. Belə ki, Zetsche-nin 2021-ci ildə Daimler-in Məsləhətləşmə Şurasına başçılıq edəcəyi gözlənilir.

Məşhur rəhbərə bir vida da, Mercedes-in ən böyük rəqibi BMW-dən gəlib. BMW yaydığı reklam filmində, Zetsche-nin direktor olaraq son gününə yer verib.

Reklam filimində Mercedes S Seriyası tərəfindən evinə aparılan Dieter Zetschenin, sonda BMW i8 Roadster-inə minərək sürətli bir şəkildə yola düşdüyü görülür.

Bağlanış səhnəsində isə, BMW-nin Zetsche-ə ünvanladığı “uzun illər boyunca ilhamverici rəqabət üçün təşəkkürlər” mesajına yer verilir.

Qeyd edək ki, filmdəki səhnələrdə Zetschenin özü deyil, ona çox bənzəyən bir oyunçu rol alıb.

BMW-nin bu “hücumuna” Daimler-in cavabı gecikməyib. Şirkətdən verilən açıqlamada, “Bizcə müdirimiz bunun yerinə (filmdəki i8) gerçək at gücünü seçər. Yenə də təqdiriniz və xoş rəqabətiniz üçün təşəkkürlər” ifadəsi istifadə edilərək Zetsche-nin hibrit mühərrikə malik BMW i8 Roadster istifadə etməyəcəyinə eyham edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru