Səudiyyə Qətəri işğal edəcəkdi? - “Biz qoymadıq” - ABŞ-dan ŞOK İDDİA
25-05-2019, 00:00

Amerikada dərc olunan “Voll Strit Cornel” ( The Wall Street Journal) qəzeti Səudiyyə Ərəbistanının Qətəri işğal eləmək planının qarşısının ABŞ tərəfindən alındığını iddia edib. Qəzeti Səudiyyə Ərəbistanın liderlik elədiyi 4 ölkənin Qətərə qarşı birləşməsinin arxasında bu ölkənin dünyanın ən zəngin qaz yataqlarına sahib olmasının dayandığını yazıb: “Şahzadə Salman dünyanın ikinci ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısı olan Qətəri bir gecədə işğal edəcəkdi, lakin bu baş vermədi”. Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanı ordusu terroru dəstəklədiyi bəhanəsi ilə 2017-ci ildə Qətəri işğal eləməyi planlaşdırırmış, lakin ABŞ buna imkan vermədiyi üçün plan baş tutmayıb.
Qəzetin yazır ki, dünyada təbii qaz ehtiyatlarına görə altıncı pillədə olan Səudiyyə Ərəbistanı təbii qazın istehsal edilməsiyini neftdən daha az xərc tələb edən və daha çox mənfəətli hesab edir.
Qətər dörd tərəfdən blokadaya alınmışdı
2017-ci il iyunun əvvəllərində Səudiyyə Ərəbistanının başçılığı ilə Misir, BƏƏ və Bəhreyn terroru dəstəklədiyi bəhanəsi ilə Qətərlə diplomatik və iqtisadi əlaqələrini dayandırmış, dəniz, quru və hava sərhədlərini, limanlarını Qətərin üzünə bağlamışdılar.
Dünyada ən böyük təbii qaz yataqları aşağıdakı ölkələrdədir (trilyon kubmetr):
İran 33,5 trilyon
Rusiya 32,3 trilyon
Qətər 24,3 trilyon
Türkmənistan 17,5 trilyon
ABŞ 8,7 trilyon
Səudiyyə Ərəbistanı 8,4 trilyon
Birləşmiş Ərəb Əmirlikləri 6,1 trilyon
Venesuela 5,7 trilyon
Çin 5,4 trilyon
İraq 3,7 trilyon
Hurriyyet.org