Yəmənin “Ənsar-Alla” (husilər) şiə hərəkatı Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Abxa şəhərindəki beynəlxalq aeroporta genişmiqyaslı hava hücumunun keçirildiyini açıqlayıb.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda qiyamçıların nəzarəti altında olan "Al-Masira" telekanalı bildirib.
Telekanalın məlumatına görə, hücum dronların köməyi ilə həyata keçirilib.