Məhəmməd Mursinin ölümündən əvvəl dediyi son sözlər açıqlandı

18-06-2019, 09:38           
Məhəmməd Mursinin ölümündən əvvəl dediyi son sözlər açıqlandı
Ötən gün məhkəmə zalında vəfat edən Misirin sabiq prezidenti Məhəmməd Mursinin son sözləri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, keçmiş dövlət başçısı məhkəmədə ölkəsinin təhlükəsizliyi ilə bağlı vacib sirlərə sahib olduğunu və onların özü ilə məzara gedəcəyini bildirib:

"İndiyədək məhkəmədə nələr baş verdiyini anlamıram. Nə vəkil görürəm, nə də mətbuat. Ortada bir məhkəmə də görmürəm. Məhkəmə tərəfindən təyin olunan vəkil də məni müdafiə edəcək biliyə sahib deyil. Məhkəmədən gizli bir proses istəsəm də, bu istəyim rədd edildi. Ancaq ölkəmin təhlükəsizliyi, əminamanlığı üçün mənimlə məzara gedəcək sirlərim var".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.