Nazirin prezidentə hörmətsizlik etməsi xəbəri ölkəni qarışdırdı - Ukraynada siyasi qalmaqal
29-06-2019, 10:01

Rəzalət, ürəkağrısı və təhlükə: Yuliya Timoşenko olanları belə qiymətləndirdi
Musavat.com bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin beynəlxalq arenadakı fəaliyyəti barədə yalnız internet vasitəsilə xəbər tuta bildiyini söyləyib və xarici işlər naziri Pavel Klimkinin Rusiyanın notasına verdiyi cavabın prezidentlə razılaşdırmadığını deyib.
Xarici işlər naziri isə Rusiyanın ukraynalı dənizçilərlə bağlı notasına verilən cavabla əlaqədar dövlət başçısının qınaqlarını sanki qulaqardına vurmuş kimi cavab verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi idarə bu cür sənədləri prezidentlə razılaşdırmadan da göndərə bilər. P.Klimkin bəhs olunan aktın ölkəsinin beynəlxalq-hüquqi mövqeyini əks etdirdiyini və “heç bir siyasi motiv daşımadığını” deyib.
Diplomatik idarənin rəhbərini bu cür saymazyana görünən cavabı ölkədə çaxnaşma yaradıb.

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ölkə rəhbərliyində baş verən bu mübahisəni qalmaqal kimi qiymətləndirib və yaşanaları “rəzalət, ürək ağrıdıcı və dövlət üçün böyük təhlükə” olaraq qiymətləndirib.
O, bu cür davranışların Ukrayna dövlətçiliyinin məhvinə gətirib çıxaracağını düşündüyünü söyləyib.
Yuliya Timoşenko icra hakimiyyətinin yuxarı dairələrinə təcili surətdə qayda-qanun gətiriliməsini tələb edib.