Maduro Venesuelada yeni hərbi təlimlərin keçiriləcəyini bildirib

6-07-2019, 07:32           
Maduro Venesuelada yeni hərbi təlimlərin keçiriləcəyini bildirib
Venesuela hökuməti iyulun 24-də yeni hərbi təlimlər keçirməyə hazırlaşır.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident Nikolas Maduro açıqlama yayıb.

“Biz yeni hərbi təlimlərə hazırlaşırıq. Təlimlər 24 iyulda xilaskarımız Simon Bolivarın şərəfinə təşkil olunacaq”, - deyə prezident Müstəqillik Günü münasibətilə keçirilən bayram şənliyində bildirib. Çıxış “Venezolana de Television” telekanalı vasitəsilə yayımlanıb.

“Biz təlimləri Karib dənizinin, Venesuela sahillərinin və Venesuela sərhədlərinin mühafizəsi üçün təşkil edirik”, - deyə Maduro əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru