Səudiyyə kralına ağır itki

29-07-2019, 07:49           
Səudiyyə kralına ağır itki
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin böyük qardaşı Bəndər bin Əbdüləziz vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığı məlumat yayıb. Açıqlamada Bəndər bin Əbdüləzizin 96 yaşında dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, 1923-cü il təvəllüdlü Bəndər bin Əbdüləziz Səudiyyə Ərəbistanı qurulduqdan bu vaxta qədər heç bir rəsmi vəzifədə çalışmayıb. Onun 23 övladından biri Ər-Riyad əmiri, digəri isə Hərbi Hava Qüvvələri komandiridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru