Rusiya və İran birgə hərbi təlimlər keçirəcək

30-07-2019, 00:09           
Rusiya və İran birgə hərbi təlimlər keçirəcək
İran və Rusiya yaxın gələcəkdə Hörmüz boğazı və Fars körfəzində müştərək hərbi təlim keçirəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.

O bildirib ki, bu təlimlər ilin sonunadək təşkil olunacaq: “Tezliklə müştərək təlimin təşkili üçün kordinasiya iclası keçiriləcək”.

Sankt-Peterburqda Rusiya Hərbi Dənizçilik günü ilə bağlı tədbirdə İranı təmsil edən H.Xanzadi bildirib ki, səfər çərçivəsində İran və Rusiya arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair saziş də imzalanıb.

Xəzər dənizində hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair Xəzəryanı ölkələrin nümayəndələri ilə də görüşlər keçirdiyini deyən H.Xanzadi qeyd edib ki, Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanları arasında öncədən əməkdaşlıq üçün saziş imzalanıb, danışıqlarda müqavilənin təkmilləşdirilməsi haqqında müzakirələr aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru