Sərnişinin çantasından çıxanlar POLİSİ ŞOKA SALDI - Hava limanı təxliyə edildi / FOTO
30-07-2019, 17:37
ABŞ-ın Merilend ştatındakı hava limanında qəribə hadisə baş verib.
Teref.az BBC-yə istinadən xəbər verir ki, yoxlama zamanı sərnişinlərdən birinin çantasından roketatar çıxıb. Dərhal sərnişinlər ərazidən uzaqlaşdırılıb. Məlumata görə, Küveytdən gələn sərnişin sorğu-sual edilib. O, raket qurğusunun Küveyt səfərindən xatirə olduğunu bildirib. Adı açıqlanmayan sərnişinin ABŞ ordusunda yüksək rütbəli zabit olduğu bildirilir. Bununla belə, raket qurğusu polisin nəzarətinə götürülüb.
Qeyd edək ki, ABŞ-da hərbi vasitələrin təyyarədə daşınmasına icazə verilmir.(redaktor)