İranın keçmiş vitse-prezidenti ölüm cəzasına məhkum edildi

30-07-2019, 18:21           
İranın keçmiş vitse-prezidenti ölüm cəzasına məhkum edildi
Tehran şəhərinin keçmiş meri və İranın eks-vitse-prezidenti Məhəmməd Əli Nəcəfi həyat yoldaşının öldürülməsinə görə edam cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məhkəmə orqanının rəsmi nümayəndəsi Qulam Hüseyn İsmailiyiə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Məhəmməd Əli Nəcəfi günahkar bilinib və “qisas” maddəsinə əsasən barəsində belə bir qərar çıxarılıb.

Bildirilir ki, eks-merin arvadı Tehranın elit rayonunda yaşayış binasında may ayının sonlarında güllələnmişdi.

Nəcəfi özü asayiş keşikçilərinə təslim olub və ailə problemlərindən qaynaqlanaraq həyat yoldaşını öldürdüyünü etiraf edib. O, 2017-ci ilin avqustundan 2018-ci ilin aprelinə qədər Tehran meri vəzifəsində çalışıb. Siyasi karyerası boyunca eyni zamanda İranın Təhsil Nazirliyi və Ali Təhsil Nazirliyinə rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru