"Fyodor" kosmosa uçacaq

31-07-2019, 08:50           
"Fyodor" kosmosa uçacaq
Orada robot kosmonavt Aleksandr Skvortsovun idarəsi altında bir neçə tapşırıq həyata keçirəcək

"Soyuz MS-14" kosmik gəmisi göyərtəsində "Fyodor" adlı insanabənzər robotla birlikdə avqustun 22-də kosmosa buraxılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, kosmik gəmini Baykonur kosmodromundan "Soyuz-2.1a" daşıyıcı raket kosmosa çatdıracaq.

Məlumata görə, gəminin Beynəlxalq Kosmik Stansiya ilə birləşməsi avqustun 24-də baş tutacaq.

"Soyuz MS-14" gəmisinin Beynəlxalq Kosmik Stansiya ilə birləşməsindən sonra robot gəmidən stansiyanın Rusiyaya məxsus seqmentinə köçürüləcək. Orada robot kosmonavt Aleksandr Skvortsovun idarəsi altında bir neçə tapşırıq həyata keçirəcək.

"Soyuz MS-14" sentyabrın 7-də "Fyodor"u Yerə qaytaracaq.

"Fyodor" Rusiyanın birinci insanabənzər robotudur. Onu Perspektiv Tədqiqatlar Fondu və "Android Texnikası" Qeyri-Hökumət Təşkilatı hazırlayıblar.

Robot "Avatar" layihəsinin çərçivəsində hazırlanıb və əvvəl bu adı daşıyırdı. "Fyodor" adını ona həmin vaxt baş nazirin müavini olmuş Dmitri Roqozin verib.

"Fyodor" "şpaqat" aça bilən ilk robotdur. O, həmçinin hər iki əlindən istifadə etməklə tapançadan atəş aça bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru