Ukrayna rus tankeri ilə bağlı qərarını verdi: Nöqtə!

31-07-2019, 08:32           
Ukrayna rus tankeri ilə bağlı qərarını verdi: Nöqtə!
Ukrayna məhkəməsi axtarış vaxtı götürülmüş sənədlərlə birlikdə Rusiyaya məxsus NİKA SPİRİT tankerinin həbsi barədə qərar qəbul edib.

Axar.az xəbər verdiyi kimi, bu barədə Ukraynanın hərbi prokuroru Anatoli Matios məlumat yayıb.

Məhkəmənin qərarına münasibət bildirən Matios "Biz bunu etdik. Nöqtə!" deyib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya bayrağı altında üzən tankeri Odessadakı İzmail limanına daxil olarkən saxlayıb. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, məhz bu tankerdən ötən ilin noyabrında Ukrayna hərbi gəmilərinin Kerç boğazından keçidinə mane olmaq üçün istifadə edilib. Kəşfiyyat gəmiyə NEYMA adının yeni verildiyini, Ukrayna gəmiləri saxlanılan zaman onun NİKA SPİRİT adlandırıldığını vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.