Bakı ermənisi “qurbanların xatirəsinə” fəvvarə kompleksi tikdirir: “Qatillər meşəsi”ndə…

31-07-2019, 22:23           
Bakı ermənisi “qurbanların xatirəsinə” fəvvarə kompleksi tikdirir: “Qatillər meşəsi”ndə…
1989-cu ilə qədər Bakıda yaşayan və daha sonra daha komfortlu həyat arzusu ilə ABŞ-a gedən, ölkəmizə qarşı zaman-zaman səsləndirdiyi böhtanları ilə məşhurlaşan erməni yazısıçısı Anna Turcotte Ermənistandakı Talin meşəsində fəvvarələr kompelsi inşa etdirmək niyyətindədir.

Teref.az moderator-a istinadən xəbər verir ki, bir müddət bundan öncə “Bakı soyqırımı”nda həlak olan ermənilərin xatirəsinə Talin ərazisində süni meşə salan erməni yazıçısı, bu kəs sözügedən ərazidə nəhəng fəvvarələr kompleksi inşa etmək, eləcə də meşəni, orada ucaldılan abidəni ziyarət edən şəxslərin rahatlığı üçün ərazidə skamyalar qoydurmaq niyyətindədir. Bununla bağlı əməkdaşlıq etdiyi donorlara müraciət edən A.Turcotte bütün planlaşdırılan işləri uğurla başa çatdıracağını ümidini ifadə edib, ABŞ-dan olan donorlarına xüsusi minnətdarlığını bildirib.

Məlumat üçün qeyd edək ki, “erməni soyqırımı” ideyasının təbliğinə hesablanan və “günahsız məhv edilən ermənilərin” xatirəsinə salınan Talin meşəsinin reallıqda hər hansı soyqırımla əlaqəsi yoxdur. Məsələ bundadır ki, nə 1990-cı illərin axırında, nə də ondan sonra Azərbaycanda ermənilərə qarşı hər hansı soyqırım və ya zorakılıq törədilməyib. Əksinə, Azərbaycan ərazisində azərbaycanlılara qarşı zorakılıq edən ermənilər minlərlə insanımızın qətlinə rəvac verib. Bu baxımdan erməni yazıçısının beynəlxalq miqyasda ziyarət yerinə çevirməyə çalışdığı Talin meşəsini “qurbanlar meşəsi” kimi deyil, “qatillər meşəsi” kimi xarakterizə etmək daha doğrudur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.