Kembric Universitetinin 19 yaşlı tələbəsi təyyarədən yıxılıb – cəsədi hələ də axtarılır (FOTOLAR)

1-08-2019, 17:46           
Kembric Universitetinin 19 yaşlı tələbəsi təyyarədən yıxılıb – cəsədi hələ də axtarılır (FOTOLAR)
Afrikanın cənub-şərqində yerləşən Madaqaskara gedən Kembric universitetinin 19 yaşlı tələbəsi təyyarə havaya qalxdıqdan sonra yerə düşüb.

Musavat.com xəbər verir ki, gənc qızın özünü təyyarədən atdığı iddia edilir.

Bəzi araşdırmalar etmək üçün Madaqaskara səyahət edən gənc qızın meyiti hələ də tapılmayıb. Hadisə zamanı təyyarədə 19 yaşlı tələbə ilə birlikdə başqa iki nəfər də olub.

Verilən məlumata görə, Alana Cutland adlı gənc qız təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra yıxılıb. İngiltərənin Xarici İşlər Nazirliyin vəzifəli şəxsləri məsələ ilə bağlı yekun bir nəticə əldə olunmadığını açıqlayıb.

Cutlandın İngiltərədə yaşayan ailəsi qızlarının Madaqaskara böyük sevinclə getdiyini bildirib. Ailə üzvləri onun təyyarədən özünü atmasına inanmadıqlarını bildiriblər.

Kembric universitetindən verilən açıqlamada isə gənc tələbənin başına gələnlərdən dolayı üzgünlük ifadə olunub. Universitetdən onu da bildiriblər ki, Alana xüsusi bir təcrübə proqramında olub.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.