Sibir yanğınlarının kosmosdan çəkilmiş şəkilləri yayılıb

2-08-2019, 07:56           
Sibir yanğınlarının kosmosdan çəkilmiş şəkilləri yayılıb
Müdafiə Nazirliyi yanğınların söndürülməsinə kömək etmək üçün Krasnoyarsk diyarına aviasiya qrupu göndərib
Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") Sibirdə baş vermiş yanğınların kosmosdan çəkilmiş fotoşəkillərini yayıb.

Yerin Operativ Monitorinqi üçün Elmi Mərkəzin mütəxəssisləri Saxa Respublikasında, Buryatiyada, İrkutsk vilayətində, Krasnoyarsk və Xabarovsk diyarlarında yanğın ocaqlarını, eləcə də Uzaq Şərq federal dairəsində daşqınları, Tıvada, Perm diyarında və İrkutsk vilayətində subasmaları müşahidə ediblər.

Saxa Respublikasında meşə yanğınları
Fövqəladə Hallar Nazirinin Birinci müavini Aleksandr Çupriyan bir müddət öncə bildirib ki, yanğınlar tayqada təxminən üç milyon hektar ərazini əhatə edib. Onun sözlərinə görə, yanğının sahəsi genişlənir.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində və Krasnoyarsk diyarında, eləcə də Buryatiyanın iki rayonunda və Yakutiyanın beş rayonunda fövqəladə hal elan edilib.

Dünən Müdafiə Nazirliyi yanğınların söndürülməsinə kömək etmək üçün 10 ədəd "İl-76" təyyarəsindən və 10 ədəd "Mi-8" helikopterindən ibarət aviasiya qrupunu Krasnoyarsk diyarına göndərib.

Bir qədər əvvəl Rusiyanın təbii sərvətlər naziri Dmitri Kobılkin yanğınların yağışsız hava şəraitində ildırım çaxması nəticəsində yarandığı ehtimalını səsləndirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.