Fransada məktəblilərə ödəniləcək maddi yardımın məbləği açıqlandı

3-08-2019, 05:45           
Fransada məktəblilərə ödəniləcək maddi yardımın məbləği açıqlandı
Fransada 2019-2020 təhsil ili üçün şagirdlərə ödəniləcək məktəb yardımı avqustun 20-si bank hesablarına köçürüləcək. AzEuroNews.com xəbər verir ki, Fransa Ailə Ödəmələri Fondu (CAF) bu il yardımın miqdarı ilə ağlı rəsmi açıqlama yayıb.

Fondun məlumatında vurğulanır ki, bu il təxminən 3 milyon ailə məktəb yardımından yararlana biləcək. Yardımın miqdarı isə, məktəblilərin yaşına görə dəyişəcək. Belə ki, 6-10 yaş arasındakı uşaqla 368 avro, 11-14 yaş arasındakılara 389 avro, 15-18 yaş arasındakılara 402,67 avro ödəniləcək.

Yardımdan yararlanacaq bir uşaqlı ailənin 2017-ci ildəki illik gəlirinin 24 min 697 avroyu keçməməsi lazımdır. İki uşaqlı ailələr üçün bu rəqəm 30 504 avro, üç uşaqlılar üçün isə, 35 739 avro olaraq müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru