Almaniyada “Kompüter işi” – VİDEO

4-08-2019, 09:45           
Almaniyada “Kompüter işi” – VİDEO
Almaniyada 2020-ci ilin yanvar ayının birində qüvvəyə minəcək yeni Miqrasiya Qanununda bu ölkəyə gələrək işləmək istəyənlər üçün bir çox yeniliklər təqdim olunur. AzEuroNews.com xəbər verir ki, hazırda Almaniyada səhiyyə və İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində işçi çatışmazlığı var.

Maşınqayırma sənayesində uzun illərdir ön sıralarda qərarlaşan Almaniya İKT sahəsində Amerika Birləşmiş Ştatları (ABŞ), Çin və Cənubi Koreya kimi rəqiblərindən geridə qalır.

Federal dövlət bu çatışmazlığı aradan qaldırmaq üçün bu sahə üzrə Almaniyaya gəlib çalışmaq istəyən mütəxəssislərə böyük imkanlar təqdim edəcək.

Belə ki, hazırda Almaniyada İT sahəsi üzrə fəaliyyət göstərən bir çox şirkət öz aralarında razılığa gələrək tələb olunan 5 illik iş stajını 3 ilə endirib. Eyni zamanda bu sahə üzrə iş müqaviləsi bağlanan zaman alman dili tələb olunmayacaq. Texniki dil kimi ingilis dilini orta səviyyədə bilmək kifayət edəcək.

Ətraflı VİDEO-da…













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru