ABŞ prokuroru Honduras Prezidentini narkotacirləri müdafiə etməkdə günahlandırıb

4-08-2019, 09:55           
ABŞ prokuroru Honduras Prezidentini narkotacirləri müdafiə etməkdə günahlandırıb
Nyu-York federal prokuroru Honduras Prezidenti Xuan Orlando Ernandesi qardaşı və digər siyasi xadimlərlə birlikdə narkotacirləri müdafiə etməkdə günahlandırıb.

APA-nın "Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, ittiham Honduras Prezidentinin sabiq deputat qardaşı Xuan Antonio Ernandesə qarşı açılan cinayət işinin materiallarında əksini tapıb.

İttiham aktında Honduras Prezidentinin qardaşı böyük həcmdə narkotik vasitə ticarəti ilə məşğul olan narkotacir adlandırılır. Prokuror hesab edir ki, narkotik vasitə ticarətindən əldə edilən 1.5 milyon dollar 2013-cü ildə Xuan Orlando Ernandesin prezident seçkiləri kampaniyasında istifadə edilib.

Honduras Prezidenti isə narkoticarətlə əlaqəli olması barədə ittihamları qəti rədd edir.

Xatırladaq ki, bundan əvvəl Ağ ev və ABŞ Dövlət Departamenti Honduras Prezidentinin mübarizəsi nəticəsində kokain dövriyyəsi və ölümlərin azaldığını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru