Amerika aviaşirkəti sərxoş pilotlara görə uçuşu təxirə salıb

4-08-2019, 10:00           
Amerika aviaşirkəti sərxoş pilotlara görə uçuşu təxirə salıb
ABŞ-ın “United Airlines” aviaşirkəti Şotlandiyanın Qlazqo şəhərindən ABŞ-ın Nyuark şəhərinə olan uçuşu təxirə salıb.

“Report” yerli mediaya istinadən xəbər verir ki, buna hər iki pilotun sərxoş olması səbəb olub.

Qeyd olunub ki, uçuşdan əvvəl pilotlar qanda spirtin miqdarının ölçülməsini nəzərdə tutan standart yoxlanışdan keçə bilməyib.

Təyyarə komandiri və köməkçi pilot dərhal xidmətdən uzaqlaşdırılaraq həbs edilib.

Aviaşirkət növbəti reysdə sərnişinləri şəhərə yola salacağına söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru