SSRİ dövründə göndərilmiş məktub ABŞ-da tapıldı

10-08-2019, 00:23           
SSRİ dövründə göndərilmiş məktub ABŞ-da tapıldı
Müəllif məktubu alan şəxsə salam göndərir və tapıntı haqqında gəminin ekipajına xəbər verməyi xahiş edir

Alyaska sakini içərisində SSRİ dövründə yazılmış məktub olan butulka tapıb. Sputnik Azərbaycan xəbər verir ki, tapıntının fotoşəkli "Facebook" sosial şəbəkəsində yerləşdirilib.

Qeyd edilir ki, 1969-cu il 20 iyun tarixli məktubu amerikalı Tayler İvanoff tapıb. Öz səhifəsində o, məktubun rus dilindən tərcümə olunmasını xahiş edib.
Məktuba əsasən, onu göndərmiş şəxs "Uzaq Şərq Gəmiçilik Şirkətinin rus donanması" tərkibində "Sulak" adlı üzən bazada xidmət edirmiş.

Müəllif məktubu alan şəxsə salam göndərir və tapıntı haqqında gəminin ekipajına xəbər verməyi xahiş edir.

"Sizə can sağlığı, uzun ömür və uğurlu dəniz səfəri arzulayırıq", - məktubun sonunda deyilir.

"Sulak" üzən bazası 1966-cı ildə Yaponiyanın Yokohama şəhərində düzəldilib, 1992-cı ildə isə xidmətdən çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru