Cənubi Koreya KXDR-i naməlum mərmi atdığını elan edib

10-08-2019, 05:51           
Cənubi Koreya KXDR-i naməlum mərmi atdığını elan edib
Cənubi Koreya, KXDR-in Yaponiya dənizi istiqamətində iki naməlum mərmi atdığı elan edib.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Ronhap" agentliyi məlumat yayıb.

Atışın Hamhunq şəhərinin yaxınlığında edildiyi qeyd olunur.

Cənubi Koreya hökuməti onu da bildirib ki, hərbi qüvvələr vəziyyətin inkişafını sonadək izləyirlər.

Qeyd edək ki, avqustun 6-da Şimali Koreya şərq sahillərindən "naməlum mərmi" atıldığını elan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.