“Alman vergi pulu ilə Afrikada yaşıl enerji” – Mərakeşdəki 500 milyonluq layihə tənqid olundu

10-08-2019, 05:57           
“Alman vergi pulu ilə Afrikada yaşıl enerji” – Mərakeşdəki 500 milyonluq layihə tənqid olundu
Almaniya Mərakeşdə elektrik enerjisi üçün günəş panellərinin qurulmasına 500 milyon avro vəsait xərcləyib. Ancaq bu ölkədə heç də birmənalı qarşılanmayıb.

AzEuroNews.com xəbər verir ki, Almaniyada həftəlik nəşr olunan “Bild am Sonntag” qəzeti bu hadisəni “Alman vergi pulu ilə Afrikada yaşıl enerji” başlığı ilə xəbər edib.

Qəzet Almaniyada ətraf mühiti qorumaq üçün müzakirə edilən və qəbul edilməsi gözlənilər “Karbon qazı vergisi” nin gündəmdə olduğu bir zamanda federal ölkənin belə bir layihəyə yatırım etməsini tənqid edib.

Məlumat üçün bildirək ki, Almaniyanln havaya ixrac etdiyi karbon qazının miqdarı 2,2 % olaraq açıqlanıb. Eyni zamanda federal ölkə meşələri qorumaq və bu təsərrüfatı inkişaf etdirmək məqəsdi ilə qarşıdakı dörd il üçün dövlət büdcəsindən 800 milyon avro vəsait ayırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.