Tramp “Hollywood”u irqçilikdə ittiham etdi

10-08-2019, 06:04           
Tramp “Hollywood”u irqçilikdə ittiham etdi
Ağ Evdə ABŞ-dakı irqçilik problemindən danışan ABŞ prezidenti Donald Tramp “Hollivud”u tənqid edib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, “Hollivud”da istehsal olunan filmləri hədəf alan prezident deyib ki, burada istehsal edilən çox sayda film ölkəsi üçün həqiqətən təhlükəlidir: “Hollivud”un gördüyü işlər ölkəmizə böyük ziyan vurur. “Hollivud” həqiqətən ziyanlıdır. Siz irqçilikdən danışırsınız, əsl irqçi isə “Hollywood”dur".
Bəyanatlarında hər hansı bir filmi və ya aktyoru xüsusi olaraq hədəfə almayan Trump ona qarşı edilən "irqçi" ittihamlarını qəbul etmədiyini vurğulayıb.


Qeyd edək ki, prezident seçilməmişdən əvvəl uzun illər televiziya proqramlarında iştirak edən Tramp son günlər bir sıra “Hollywood” ulduzları tərəfindən tənqid edilərək, irqçilikdə ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru