Rusiyada mühərrik sınaqlarında faciə: 5 ölü, 3 yaralı FOTO

10-08-2019, 06:24           
Rusiyada mühərrik sınaqlarında faciə: 5 ölü, 3 yaralı FOTO
Rusiyanın Arxangelsk vilayətində maye reaktiv hərəkətverici qurğusunun sınaqları zamanı “Rosatom” şirkətinin 5 əməkdaşı həlak olub, daha 3-ü yaralanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Rosatom”dan bildirilib.

Fövqəladə hadisə Müdafiə Nazirliyinin hərbi poliqonunda baş verib. Hadisə ilə əlaqədar vilayətin qubernatoru İqor Orlovun rəhbərliyi altında komissiya yaradılıb.
Teref.az olaraq qeyd etmək istəyirik ki, bəzi xarici mənbələrin iddialarına görə qurğu nüvə yanacağı ilə hərəkətə gətirilir.
Və partlayış kiçik nüvə partlayışıdır!
Aşağıda gördüyünüz fotoda gördüyünüz kimi, xilasedicilər nuvə sızmasına qarşı kostyumlarda işləyirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru