ABŞ kosmosdakı rəqiblərinin adlarını açıqlayıb

6-09-2019, 08:03           
ABŞ kosmosdakı rəqiblərinin adlarını açıqlayıb
ABŞ-ın Hərbi Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford Birləşmiş Ştatların kosmik qüvvələrini təhdid edən ölkələrin adlarını açıqlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, o, bu barədə beynəlxalq münasibətlər üzrə qeyri-hökumət şurasında bildirib. General qeyd edib ki, 1990-cı illərdə - Amerka qüvvələri kosmosda yerləşdiriləndə Vaşinqton bu sahədə rəqiblərin yoxluğuna əsaslanırdı. Hazırda isə kosmos rəqabət sferasına çevrilib.

"Bizim rəqiblərimiz Şimali Koreya, Rusiya, Çin və İrandır", - deyə Danford bildirib.

O əlavə edib ki, adlarını sadladığı ölkələr Amerikanın kosmosdakı potensialını, həmçinin ölkənin hərbi və kosmik maraqlarını təhdid edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru