İran XİN:"Sepah haqqında məlumat verənlərə 15 milyon dolların vəd edilməsi mənəviyyatdan kənar addımdır"

6-09-2019, 08:28           
İran XİN:"Sepah haqqında məlumat verənlərə 15 milyon dolların vəd edilməsi mənəviyyatdan kənar addımdır"
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi həftəlik mətbuat konfransında deyib ki, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) haqqında məlumat verənlərə 15 milyon dollar vəd etməsi mənəviyyatdan kənar addımdır.

O bildirib ki, İrana qarşı iqtisadi terrorçuluq həyata keçirən ABŞ bununla heç nəyə nail olmayacağını anlayıb və casusluğu təşviq etməyə başlayıb. Lakin bu addım da ABŞ-a kömək etməyəcək. İran dövləti hər zaman öz xalqına xidmət edib və onun maraqlarını qorumaqda davam edəcək.

Xatırladaq ki, bu gün səhər ABŞ Dövlət Departamenti bəyanat yayaraq Sepah haqqında dəyərli məlumat verən şəxsə 15 milyon dollar mükafat veriləcəyini bildirib(azərtac).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.