ABŞ Rusiyadan hipersəs silah almağı planlaşdırmır

7-09-2019, 07:54           
ABŞ Rusiyadan hipersəs silah almağı planlaşdırmır
ABŞ Rusiyadan hipersəs silah almağı planlaşdırmır. "Report" un məlumatına görə, bu barədə RİA “Novosti”yə Amerika administrasiyasının yüksək vəzifəli rəsmi nümayəndəsi məlumat verib.

Bundan əvvəl Şərqi İqtisadi Forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Rusiya istehsalı olan hipersəs silahı almağı təklif etdiyini açıqlamışdı.

Rəsmi nümayəndənin sözlərinə görə, Amerikanın Rusiyadan hipersəs silah almaq ehtimalını nəzərdən keçirmək üçün xüsusi bir səbəbi yoxdur.

O, həmçinin ABŞ-ın raket texnologiyasının inkişafı və sınanmasında Rusiyadan üstün olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru