Fransada “sarı jiletlilər”in növbəti aksiyasında 120-dən çox nümayişçi saxlanılıb

8-09-2019, 10:26           
Fransada “sarı jiletlilər”in növbəti aksiyasında 120-dən çox nümayişçi saxlanılıb
Parisdə “sarı jiletlilər”in etiraz aksiyasında azı 89 nəfər saxlanılıb.

APA xəbər ki, bu barədə “Parisien” qəzeti paytaxt polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, şənbə günü keçirilən nümayişlərdə Fransada 120 nəfərdən çox – Parisdə 89 nəfər, Ruanda 26 nəfər, Bordoda 6 nəfər və Monpelyedə 2 nəfər saxlanılıb. Paris küçələrində onlarla nümayişçi küçələrə çıxıb.

“Parisdəki nümayişlər zamanı hüquq-mühafizə qüvvələrinin iştirakı xüsusilə kobud rəftara görə 89 nəfərin həbs olunmasına imkan yaradıb”, – deyə polisin məlumatında qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru