Zelenski ilə Putin arasında telefon danışığı oldu - TƏRƏFLƏR RAZILIĞA GƏLDİ

8-09-2019, 12:33           
Zelenski ilə Putin arasında telefon danışığı oldu - TƏRƏFLƏR RAZILIĞA GƏLDİ
Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Ukrayna prezidentinin mətbuat xidməti xəbər verir ki, dövlət başçıları dialoqun normallaşmasına gedən yolda birinci mərhələ çərçivəsində əldə edilmiş razılaşmaların icrasının nəticəsindən məmnun olduqlarını bildiriblər. Tərəflər Donbasda atəşkəs rejiminə riayət etməyin, təmas xəttində qüvvələrin ardıcıl olaraq bir-birindən aralanmasının əhəmiyyətini vurğulayıblar.

Prezidentlər həmçinin Normandiya formatında görüşün keçirilməsi tarixini müzakirə etmək barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru